Əfqan Sadıqov həbs edildi

Homoseksuallar aksiya keçirdi, deputatlar da qatıldı

Bu gün Kiyevin mərkəzində homoseksuallar "Bərabərlik marşı" keçiriblər.

APA-nın UKRİNFORMA-a istinadən verdiyi məlumata görə, aksiyadan əvvəl polis və aksiya əleyhdarları arasında toqquşma baş verib, 50  nəfər saxlanılıb.
 
Aksiyanın təhlükəsizliyinin qorunmasına 6 min polis əməkdaşı cəlb edilib. Bir neçə yüz nəfərin iştirak etdiyi aksiyaya Ali Radanın, Avropa Parlamentinin bir neçə deputatı, səfirliklərin əməkdaşları da qatılıblar.   
 
Aksiya başa çatandan sonra isə idman geyimli və tibbi maska taxmış bir qrup şəxs Boqdan Xmelnitski küçəsində yerləşən teatr binasının qarşısında toplanıb və homoseksualların aksiyası əleyhinə şüarlar səsləndiriblər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Homoseksuallar aksiya keçirdi, deputatlar da qatıldı - Milliyol.az