Əfqan Sadıqov həbs edildi

“Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər” – Zaxarova


ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər

MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: “Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq”.

M. Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: “Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər” – Zaxarova - Milliyol.az