Əfqan Sadıqov həbs edildi

Həmsədrlər fevralın 7-də Ermənistana səfər edəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub

APA-nın məlumatına görə, vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.

Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Həmsədrlər fevralın 7-də Ermənistana səfər edəcək - Milliyol.az