Hacıbala Abutalıbov Almaniyaya aparılıb? –Bakı merinin səhhəti haqda açıqlama


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhəti ilə bağlı Almaniyaya aparılması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir

Strateq.az xəbər verir ki, bu sözləri Axar.az-a BŞİH başçısının müavin köməkçisi Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Məlumatda qeyd edilib ki, mer hazırda işinin başındadır: "Hazırda Hacıbala müəllim öz otağındadır. Səhhəti də yaxşıdır”.

Qeyd edək ki, ötən gecə Bakı meri Hacıbala Abutalıbovu ağır vəziyyətdə Almaniyaya aparılması barədə şayiə yayılıb. 

MilliYol.Az
Hacıbala Abutalıbov Almaniyaya aparılıb? –Bakı merinin səhhəti haqda açıqlama - Milliyol.az