Əfqan Sadıqov həbs edildi

“Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”  

“Gürcüstanda yaşayan azərbaycanlılar öz doğma ana dillərini mütləq qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər”

Z

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Marneulidə seçicilərlə keçirdiyi görüşdə deyib.

O, 36 il Fransada yaşadığı dövrdə gürcü dili və mədəniyyətini qoruyub saxladığını bildirib: “Məhz dövlət dilini öyrənəndən sonra mən Fransada yüksək vəzifələrə nail oldum”.

S.Zurabişvili vurğulayıb ki, Gürcüstanın hər bir vətəndaşı övladlarının işıqlı gələcəyinin olmasını istəyir: “Gələcəkdə uğur qazanmaq, dövlət qurumlarında təmsil olunmaq üçün və ümumiyyətlə, vətəndaş cəmiyyətinə inteqrasiya üçün dövlət dilini bilmək mütləqdir. Ümid edirəm ki, 6 illik prezidentlik müddətim başa çatandan sonra Marneuliyə gəlib sizlərlə tərcüməçisiz gürcü dilində danışacacağam”.

Prezidentliyə namizəd qeyd edib ki, dövlət milli azlıq nümayəndələrinin gürcü dilində tədrisi məsələsinə xüsusi diqqət ayırmalıdır: “Prezidentliyim dövründə dövlət dilinin milli azlıqlar tərəfindən yaxşı mənimsənilməsi üçün təbliğat işləri aparacağam”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar” - Milliyol.az