Güclü qar faciəyə səbəb oldu: ölənlər var


Çinin mərkəzi və şərq bölgələrində güclü qar yağması nəticəsində 10 nəfər həlak olub

Güclü qar ölkədə yanvarın 2-dən davam edir.

Son məlumata görə, hazırda 560 minə yaxın sakin fəlakət zonasında qalıb. Ümumilikdə 5 əyalətdən 200-dən çox sakinin təxliyə olunduğu bildirilir.

Məlumata görə, 200-dən çox bina dağılıb, 400-ə yaxın tikiliyə ziyan dəyib.(trend)
Güclü qar faciəyə səbəb oldu: ölənlər var - Milliyol.az