“Google” 20 ildə ilk dəfə gəlirlərini 110 mlrd. dollara çatdırıb



“Google” şirkəti 2017-ci ilə dair maliyyə nəticələrini açıqlayıb

Şirkətin gəlirləri 20 ildən bəri ilk dəfə 100 mlrd. dolları ötərək 110 mlrd. dollara çatıb.

“Google” şirkətinin 2016-cı ildəki toplam gəlirləri təxminən 90 mlrd. dollar olub.  

Qeyd edək ki, 2017-ci ildə gəlirləri 100 mlrd. dolları ötən şirkətlər arasında “Walmart”, “Volkswagen”, “Toyota”, “Apple”, “Shell” ve “State Grid” kimi 40 şirkətin adı var.

MilliYol.Az
“Google” 20 ildə ilk dəfə gəlirlərini 110 mlrd. dollara çatdırıb - Milliyol.az