Əfqan Sadıqov həbs edildi

Füzulidə silahlı qarşıdurma: bank əməkdaşları atışdı


Füzuli rayonunun Əhmədbəyli kəndində silahlı insident olub. "Milli Yol" xəbər verir ki, bu barədə qaynarinfo.az-a rayon sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, "Kapital Bank"ın inkasator xidmətinin əməkdaşları bankomatda əməliyyat həyata keçirərkən aralarında mübahisə yaranıb. Adını dəqiqləşdirə bilmədiyimiz bu şəxslər silahlı olub və mübahisə böyüdükdən sonra silahlardan istifadə ediblər. Hadisə yerində bir neçə atəş açılsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Xəbəri dəqiqləşdirmək üçün Füzuli rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin növbətçi hissəsindən bildirdilər ki, onlara belə bir məlumat daxil olmayıb.

Bu dövrdə xəbər yoxdur.

Füzulidə silahlı qarşıdurma: bank əməkdaşları atışdı - Milliyol.az