Fransada iki hərbi helikopter toqquşdu: 5 nəfər öldü


Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub

Bu barədə  "Sputnik" xəbər verir.

Bildirilir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil.

Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb. Polisə məxsus helikopter hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.(report)

MilliYol.Az

Fransada iki hərbi helikopter toqquşdu: 5 nəfər öldü - Milliyol.az