Əfqan Sadıqov həbs edildi

Fransa XİN: “Dağlıq Qarabağ”ı tanımırıq


Fransa Azərbaycan torpaqlarında yaradılan qondarma rejimi tanımır

Bu barədə Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə AzVision.az-a bildirilib.

Qeyd edilib ki, hökumət Alforvil bələdiyyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.

"Bizim mövqeyimiz aydındır. Fransa "Dağlıq Qarabağ"ı tanımır".

Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın Alforvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. 

Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak ediblər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Fransa XİN: “Dağlıq Qarabağ”ı tanımırıq - Milliyol.az