Fələstin Azadlıq Təşkilatı hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırdı



Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırıb

MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə təşkilat müvafiq sənəd yayıb. Sənəddə İcraiyyə Komitəsi Fələstin hökumətini İsraillə siyasi, idarəçilik, iqtisadi və təhlükəsizlik səviyyədə əlaqələri dərhal və tamamilə kəsməyə çağırıb.

Sənəddə həmçinin qeyd olunur ki, FAT İsrail hökuməti Qüdsü öz paytaxtı kimi tanımaqdan əl çəkməyincə, yəhudi dövlətini tanımaqdan imtina etmək təklifi ilə BMT-yə müraciət etmək qərarına gəlib.


MilliYol.Az
Fələstin Azadlıq Təşkilatı hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırdı - Milliyol.az