Əfqan Sadıqov həbs edildi

Evində çətənə yetişdirən şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb

DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş 4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.

Bu dövrdə xəbər yoxdur.

Evində çətənə yetişdirən şəxs saxlanılıb - Milliyol.az