Əfqan Sadıqov həbs edildi

Ərdoğan bu ay Azərbaycana gələcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub

Diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.
 
R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.
 
Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ərdoğan bu ay Azərbaycana gələcək - Milliyol.az