Əfqan Sadıqov həbs edildi

Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” yenə toqquşdu –20 polis həlak oldu


Əfqanıstanın mərkəzində radikal “Taliban” hərəkatının silahlıları ilə baş verən qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb

“İnterfaks” xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.

Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə, Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub/Report.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” yenə toqquşdu –20 polis həlak oldu - Milliyol.az