Əfqan Sadıqov həbs edildi

Duz sinir sistemini çökdürə bilər

Xörək duzundan çox istifadə dağınıq skleroz xəstəliyinin yaranması riskini artıra bilər

ABŞ-ın Yel Universitetinin alimləri bu qənaətdədir.

Dağınıq skleroz mərkəzi və periferik sinir sisteminin pozulması ilə müşayiət olunan xroniki xəstəlikdir, insanın ömrünü 5-10 il azaldır.

Xəstəliyin tam müalicəsi yoxdur, amma həkimlərin son tədqiqatı dağınıq sklerozu cilovlamağa ümidlər yaradır.

Yel Universitetinin alimləri hüceyrələrdə artıq miqdarda duzun “Wnt” siqnal yolunu fəallaşdırdığını bildirirlər. Bu fəallaşmanın tənzimləyici T hüceyrələrinin pozulmasına səbəb olduğu, mərkəzi sinir sistemi üçün təhlükəli iltihablı proseslərə gətirib çıxardığı vurğulanır. (novator.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Duz sinir sistemini çökdürə bilər - Milliyol.az