Əfqan Sadıqov həbs edildi

Dörd ay ərzində Azərbaycanda 2 min zəlzələ qeydə alınıb


Aprelin 20-nə kimi Azərbaycanda iki mindən çox yeraltı təkan qeydə alınıb

Maqnitudası 3-dən böyük zəlzələlərin sayı 18-ə, hiss olunanların sayı isə 5-ə bərabər olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.

Baş direktor bildirib ki, ötən dövr ərzində maqnitudasına görə ən böyük yeraltı təkan Qubada qeydə alınıb. Fevralın 27-də, yerli vaxtla saat 23:03:39-da baş verən və ocağı 41 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələ hiss olunmayıb.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Dörd ay ərzində Azərbaycanda 2 min zəlzələ qeydə alınıb - Milliyol.az