Əfqan Sadıqov həbs edildi

Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib

MilliYol Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya hökümətinin saytında yayılan məlumatda deyilir.

Təbrikdə deyilir: "Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticarət-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir".

Bu dövrdə xəbər yoxdur.

Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib - Milliyol.az