Əfqan Sadıqov həbs edildi

DİM sınaq imtahanı keçirəcək


Mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədi İlə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər.

Sınaq imtahanına qeydiyyat aprelin 30-u saat 10:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Bu dövrdə xəbər yoxdur.

DİM sınaq imtahanı keçirəcək - Milliyol.az