Çin evləri nüvə reaktoru ilə qızdıracaq


"China General Nuclear Power Group" dövlət şirkəti və Tsinxua universiteti Çinin şimalında ölkədə ilk aşağı temperaturlu nüvə reaktorunun tətbiqi ilə istilik sistemi yaradacaqlar

Trend-in məlumatına görə, istilik sistemi evlərin və sənaye parklarının qızdırılması üçün istifadə oluna biləcək. İstilik sisteminin tikintisinə 2-3 il vaxt gedəcək.

İstilik üçün nüvə enerjisindən istifadəsi havanın çirklənməsi ilə mübarizədə kömək edə bilər. Bu problemdən daha çox Çinin şimal bölgələri əziyyət çəkir.
Çin evləri nüvə reaktoru ilə qızdıracaq - Milliyol.az