Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev “kars”a salınıb
Məlumatı Ovqat.com-a onun vəkili Fəxrəddin Mehdiyev verib.
Vəkil bildirib ki, 2 gün əvvəl onun özü, dünən isə digər vəkili Aqil Layıcov 13 saylı cəzaçəkmə müəssisəsinə C.Hacıyevlə görüşə gediblər. Lakin nədənsə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onların görüşünə icazə verməyib. Daha sonra içəridən alınan məlumatla aydınlaşıb ki, sabiq bankir 7 sutkalıq “karsa” salınıb.
Ehtimala görə, C.Hacıyevin cəzalandırılması ötən həftə ovqat.com saytında yayımlanan müsahibəsi ilə bağlıdır.
“Kars”a salınan Cahangir Hacıyevin aclıq aksiyasına başladığı da bildirilir.
MilliYol.Az
































