Əfqan Sadıqov həbs edildi

“Bütün İslam dünyası Azərbaycanı dəstəkləyir”


Bütün İslam dünyası Azərbaycanı dəstəkləyir. Bunu virtualaz.org-a Avropa İttifaqında islam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi Aqşin Mehdiyev deyib

Onun sözlərinə görə, BMT-də və digər beynəlxalq təşkilatlarda islam ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər.

“Əlbəttə, islam dünyası yekcins deyil, elə ölkələr var ki, Qarabağ problemi ilə bağlı dəqiq mövqe sərgiləyirlər. Bunlar Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanıdır. Lakin elələri də var ki, Ermənistanla diplomatik, siyasi və iqtisadi əlaqə saxlayırlar.

Hər bir ölkə siyasətini özü seçir və biz başqa dövlətlərdən Türkiyə və Pakistan kimi birmənalı mövqeyə riayət etmələrini tələb edə bilmərik. Lakin əsas etibarilə Qarabağ problemi üzrə müsəlman ölkələrinin başqa mövqeyi yoxdur”, - A.Mehdiyev bildirib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Bütün İslam dünyası Azərbaycanı dəstəkləyir” - Milliyol.az