Əfqan Sadıqov həbs edildi

Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alınıb


Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Qeyd olunub ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan – 01.09.2009-cu ildən etibarən Azərbaycanda komitə tərəfindən 835 dini icma dövlət qeydiyyatına alınıb.

Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2018-ci ildə qeydiyyatdan keçən dini icmaların sayı ümumilikdə 39-dur. Bunların 13-ü aprel ayında, 26-sı isə iyul ayında qeydiyyata alınıb.
Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alınıb - Milliyol.az