Əfqan Sadıqov həbs edildi

BŞBPİ-dən mitinq açıqlaması: “1500 nəfər iştirak edib“

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının mitinqi barədə məlumat yayıb.

BŞBPİ-dən verilən məlumata görə, aprelin 8-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

İdarədən bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

BŞBPİ-dən mitinq açıqlaması: “1500 nəfər iştirak edib“ - Milliyol.az