Brüsseldə İlham Əliyev-Nikol Paşinyan görüşü olacaq

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

MilliYol.az xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.