Əfqan Sadıqov həbs edildi

Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapıldı (FOTOLAR)

Elm adamları Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapıblar.

Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib.

Bildirilir ki, 2012-ci ildə yerə düşən “NWA 7533” meteoritinin mineral tərkibi suya xas olan oksidləşmə əlamətləri göstərib.

Əvvəllər elm adamları suyun Qırmızı Planetdə 3.7 milyard il əvvəl meydana gəldiyini fərz edirdilər. Yeni bir araşdırmaya görə, bu, ən az 700 min il əvvəl baş verib.

Tədqiqatçıların fikrincə, su planetin meydana gəlməsinin əvvəlində bəzi proseslərdən yaranıb. Alimlər bu prosesin nə olduğunu anlamağa müvəffəq olsalar, bu, Yerdənkənar həyatın mənşəyi nəzəriyyəsinə təsir edəcək.(oxu.az)

Bu dövrdə xəbər yoxdur.

Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapıldı (FOTOLAR) - Milliyol.az