Əfqan Sadıqov həbs edildi

Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb


Bolqarıstanın Baş naziri Boyko Borisov bu gün Azərbaycana işgüzar səfərə gələcək

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, Bakıya səfər zamanı B.Borisovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Görüşdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sektorunda əməkdaşılığın inkişafı məsələləri müzakirə olunacaq.

Yanvarın 16-da Bolqarıstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rasizadə ilə birlikdə Bakı-Sofiya aviareysinin rəsmi açılış mərasimində iştirak edəcək.

B.Borisovun Bakıya səfəri həmin gün başa çatacaq və o, Strasburqa yola düşəcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb - Milliyol.az