BMT baş katibi: “Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib”



BMT baş katibi Antoniu Quttereş Suriyada həddindən çox əcnəbi hərbçilərin olduğunu bildirib

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, məhz bu amil Suriyada vəziyyətin normallaşmasına çətinlik yaradır.

 “Həddindən çox ölkənin Suriyada ordusu var. Düşünürəm, Suriya xalqı problemi özü həll etsə, daha yaxşı olardı”, - deyə Antoniu Quttereş ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq planını şərh edərkən bildirib.

MilliYol.Az
BMT baş katibi: “Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib” - Milliyol.az