Əfqan Sadıqov həbs edildi

Beyləqan DSMF: “Məktubların müəllifləri saxta ad-soyadlardır“

Beyləqan rayon DSMF-nin müdiri Xaqani Hüseynovla bağlı saytımızda dərc olunan şikayət məktublarına rəsmi münasibət gəlib. MilliYol.Az qarşı tərəfin mövqeyini dərc edir:

"Elvin Cabbarov və Bəxtiyar Nəbiyev adlı vətəndaşların şikayəti ilə bağlı apardığımız araşdırmada məlum oldu ki, Beyləqan rayonunda bu ad-soyadlı vətəndaşlar yaşamır və saytınıza göndərilən şikayət məktubu başdan-ayağa yalandır. Şikayət məktublarında adları çəkilən şəxslərin saxta ad-soyad yazması onu göstərir ki, bu məlumatları hansısa riyakar şəxslər yaymaqla DSMF-nin Beyləqan şöbəsinin işçilərinə qarşı şər və böhtan kampaniyası aparırlar. Nəzərinizə çatdırırq ki, DSMF-nin Beyləqan şöbəsi hər zaman rayon sakinlərinin problemlərini həll etməklə məşğuldur. Şöbə müdiri Xaqani Hüseynov öz vəzifə borcunu hər zaman layiqincə yerinə yetirməklə, rəhbərliyin etimadını qazanıb".

Bu dövrdə xəbər yoxdur.

Beyləqan DSMF: “Məktubların müəllifləri saxta ad-soyadlardır“ - Milliyol.az