Əfqan Sadıqov həbs edildi

Bayram Səfərov Serj Sarkisyanın istefasına münasibət bildirib



"Serj Sarkisyanın istefası bir az gec oldu. Mən onun istefasını daha tez gözləyirdim"

Bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri,  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, Sarkisyan təkcə Azərbaycanın yox, həm də erməni xalqının düşmənidir: "Sarkisyanla Köçəryan hakimiyyəti əldən verməmək üçün düşmənçilik mövqeyi tutaraq, ermənilərin bu gün səfalət içərisində yaşamasının səbəbkarıdırlar.  Sarkisyan bizim düşmənimizdir. Xocalıda günahsız insanların ölümünə bais olub, əlləri  qana batıb. Özləri də bunu etiraf ediblər. Gün gələcək törətdikləri cinayətə  görə məhkəmə qarşısında cavab verəcəklər".

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bayram Səfərov Serj Sarkisyanın istefasına münasibət bildirib - Milliyol.az