Əfqan Sadıqov həbs edildi

Bakıya gizli gələn erməni vəsiqəsini itirdi

Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb.

Hüquq-mühafizə orqanlarından teleqraf.com-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanın qarşısında, orada yaşayan 1979-cu il təvəllüdlü İlkin Alim oğlu Məmmədov erməniyə məxsus sənəd tapıb.

İlkin Məmmədov sənədi Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verib. 

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə tarixdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib.

Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.

Məsələ ilə bağlı Sabunçu rayon Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıya gizli gələn erməni vəsiqəsini itirdi - Milliyol.az