"Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa"


APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib

"Başa düşürük ki, bu, yaxşı hal deyil. Ancaq su-kanalizasiya sistemini ilə bağlı işləri bir gündə həll etmək olmur" deyən A. Şərifovun sözlərinə görə, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
 
O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümid etdiyini vurğulayıb.

MilliYol.Az
"Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa" - Milliyol.az