Bakının iki rayonunda su olmayacaq


Bu gün Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məhdudiyyət magistral xətlərdə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

MilliYol.Az
Bakının iki rayonunda su olmayacaq - Milliyol.az