Bakıda və rayonlarda intensiv yağış yağacaq


Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit keçəcək, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

MilliYol.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 13-15, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-9, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

MilliYol.Az
Bakıda və rayonlarda intensiv yağış yağacaq - Milliyol.az