Bakıda cərimə meydançasında avtomobillər qarət edilib- Araşdırma aparılır


Bakıda Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan avtomobillər qarət edilib

APA-nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında qeydə alınıb. Qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd “VAZ-2107” və 1 ədəd VAZ-21011” markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb.
 
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

MilliYol.Az
Bakıda cərimə meydançasında avtomobillər qarət edilib- Araşdırma aparılır - Milliyol.az