Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırıldı

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur.

MilliYol.Az xəbər verir ki, bu münasibətlə Bakıda Su İdman Sarayının binası üzərinə bu gecə Türkiyənin bayrağı videoproyeksiya olunub.
 
Qeyd edək ki, Cümhuriyyət bayramı 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramıdır.

Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırıldı - Milliyol.az