Azərbaycanın səfirlik və konsulluqlarına gələn il 56 milyon manatdan çox vəsait ayrılacaq


Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına 2018-ci ildə büdcədən ayrılacaq vəsait müəyyənləşib

Bu, “Azərbaycan Respublikasının 2018-ci il üzrə büdcə layihəsi”ndə əksini tapıb.
 
Layihəyə əsasən Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə 2018-ci ilin büdcəsindən 56 250 510 manat vəsait ayrılacaq.
 
Büdcə layihəsi artıq Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəyə çıxarılacaq. 

MilliYol.Az
Azərbaycanın səfirlik və konsulluqlarına gələn il 56 milyon manatdan çox vəsait ayrılacaq - Milliyol.az