Əfqan Sadıqov həbs edildi

Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirildi

Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılışı 2018-ci il sentyabrın 7-ə planlaşdırılıb

Bu barədə "Arianespace" şirkətinin bəyanatında deyilir.

"Azerspace-2/Intelsat 38" peyki "Ariane 5 ECA" raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı "Horizons 3e" peykini də aparacaq.

Qeyd edək ki, daha əvvəl "Azerspace-2/Intelsat 38" peykinin sentyabrın 5-də fəzaya buraxılacağı nəzərdə tutulmuşdu.

"Azerspace-2/Intelsat 38" 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.(Trend)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirildi - Milliyol.az