Azərbaycanın bu addımını alqışlamaq lazımdır - Baş katib

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanın bu yaxınlarda Ermənistanın hərbi qulluqçularını qarşı tərəfə təhvil verilməsi qərarını alqışlayıb.

Qaynarinfo-nun məlumatına görə, baş nazir bu barədə AŞPA-nın payız sessiyasında danışıb.

Onun sözlərinə görə, Azərbaycanın bu humanitar addımını alqışlamaq lazımdır.

"Biz, həmçinin Azərbaycan və Ermənistan liderləri arasında keçirilən, hələ də keçirilməsi planlaşdırılan görüşləri alqışlayırıq"