Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb


Bu il ərzində Azərbaycanda seysmik baxımından aktiv olan zonaların adları açıqlanıb

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2017-ci ildə seysmik aktiv ərazilər Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi ərazisi olub. 
 
Q.Yetirmişli qeyd edib ki, bu il yanvarın 1-dən oktyabrın 22-dək Azərbaycan və ona bitişik ərazilərdə 5051 zəlzələ baş verib. Onun sözlərinə görə, ötən müddət ərzində yalnız Azərbaycan ərazisində 3107 təkan qeydə alınıb ki, onlardan da 22-si hiss edilib.

MilliYol.Az
Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb - Milliyol.az