Əfqan Sadıqov həbs edildi

Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək


Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək

MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.

Qeyd olunur ki, müşahidəçilər Qazaxıstanın mərkəzi icra orqanlarından, eləcə də regionların nümayəndələrindən ibarət olacaq.

Müşahidəçilər arasında Azərbaycan MSK tərəfindən dəvət olunmuş iki nəfər də yer alır.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək - Milliyol.az