Əfqan Sadıqov həbs edildi

Azərbaycanda milli valyutada əmanətlərin həcmi 2 dəfə artıb



2018-ci ilin fevral ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 935,2 mln. manatı (37,87%) milli valyuta, 4 mlrd. 815,1 mln. manatı (62,13%) isə xarici valyuta ilə yerləşdirilib

Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

2017-ci ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 454,7 mln. manat və ya 2 dəfə artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 823 mln. manat və ya 14,6% azalma var.
 
Bununla yanaşı, cari ilin yanvar ayı ilə müqayisədə fevralda manatda olan əmanətlərin həcmi 405,6 mln. manat və ya 16,03% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 152,3 mln. manat və ya 3,1% azalıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda milli valyutada əmanətlərin həcmi 2 dəfə artıb - Milliyol.az