Əfqan Sadıqov həbs edildi

Azərbaycanda dünya çempionu həbs edildi

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub

İdmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir. E.Məcidov Azərbaycan Kunq Fu Federasiyasının vitse-prezidentidir. (unikal.org)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda dünya çempionu həbs edildi - Milliyol.az