Azərbaycanda daha bir sabiq nazir həbs edildi (RƏSMİ)

Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən MilliYol.Az-a bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.