Əfqan Sadıqov həbs edildi

Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir

Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla pakistanlı həmkarı Xavaca Məhəmməd Asif arasında ikitərəfli görüş başlayıb

APA-nın məlumatına görə, görüş Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin bu gün Bakıda baş tutacaq üçtərəfli görüşü çərçivəsində keçirilir. Daha sonra hər 3 xarici işlər nazirlərinin görüşü başlayacaq. Sonda nazirlər mətbuata bəyanatla çıxış edəcəklər. 

Qeyd edək ki, Pakistan və Türkiyə xarici işlər nazirləri həmçinin sabah Bakıda keçiriləcək "Asiyanın ürəyi - İstanbul prosesi"nin xarici işlər nazirlərinin toplantısında iştirak edəcəklər. 

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir - Milliyol.az