Azərbaycan və Pakistan müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək


Azərbaycan və Pakistan müdafiə və hərbi təlimlərin təşkil olunması sahələrində əməkdaşlığı genişləndirməyə davam edəcək

Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi sahədə sıx əməkdaşlıq mövcuddur: “Azərbaycan Pakistandan 10 “Super Mushshak” təlim təyyarəsi alıb. Biz bu sahədə əməkdaşlığı genişləndirməyə davam edəcəyik”.

MilliYol.Az
Azərbaycan və Pakistan müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək - Milliyol.az