Əfqan Sadıqov həbs edildi

Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq


Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel Arye Talem şəhəri sentyabrın 5-də qardaşlaşacaq

Bu barədə “Report”a müsahibəsində “Azərbaycan-İsrail” (Azİz) Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar Tirat-Karmel Arye Talem şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti Şamaxı şəhərinin İcra Hakimiyyəti ilə müvafiq müqavilə imzalamaq üçün Azərbaycana səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə merin müavini, bələdiyyə direktoru, eləcə də “Azİz”in üzvləri daxil olacaqlar.

L.Spivak bildirib ki, hazırda Azərbaycanın İsmayıllı və İsrailin Kiryat-Byalik şəhərlərinin qardaşlaşması ilə bağlı işlər görülür.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq - Milliyol.az