Azərbaycan startapı ABŞ şirkətinə satıldı - Milyonlarla dollara...

Azərbaycanlı gənclərin qurduğu startap ABŞ şirkətinə satılıb.

MilliYol.Az-ın verdiyi xəbərə görə, Taleh Kərimlinin rəhbərlik etdiyi "Nextcale.io" startapı ABŞ şirkəti tərəfindən satın alınıb.

Bu barədə açıqlama yayan T. Kərimli satış məbləğini açıqlamasa da, bu məbləğin 7 rəqəmli olduğu təxmin edilir.

Qeyd edək ki, ""Nextcale" startapı elektron ticarətdə satışları artırmaq üçün xüsusi alqoritm təklif edirdi. Startapın əsas hədəf baarı ABŞ və Kanada idi.