Əfqan Sadıqov həbs edildi

Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb

MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb - Milliyol.az