Prezident İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir
MilliYol.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.
MilliYol.Az
































