Əfqan Sadıqov həbs edildi

Azərbaycan bayrağına hörmətsizlik edən türk valisi HƏBS OLUNDU

Azərbaycan bayrağını təhqir edən Türkiyənin Bursa vilayətinin keçmiş valisi saxlanılıb.
 
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput fətullahçılarla əlaqədə ittiham olunaraq həbs olunub. 

Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
 
Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan bayrağına hörmətsizlik edən türk valisi HƏBS OLUNDU - Milliyol.az